Vaxt.Az

Təcili müşavirə


 

20 min tələbədən 3200-nün akademik borcu var

Təcili müşavirə Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, müşavirə Apelyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı olub:

«Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala biləcəklər». 

Qeyd edək ki, bu gün BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və imtahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib. 

Rektor A. Məhərrəmov bildirib ki, BDU-da təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var.

 





21.02.2014    çap et  çap et