“Bunin&Co” teleqram-kanalı üçün danışan politoloqun sözlərinə görə, məhz ən yaxın perspektivdə Qarabağ münaqişəsinin nizama salınmasının incəliklərinin müzakirəsi vacibdir.
Sergey Markedonov qeyd edib ki, münaqişənin həllinin çərçivələri aydındır v ə burada xüsusi sirr yoxdur.
“Danışıqlar faktiki olaraq, Dağlıq Qarabağın statusu, keçmiş muxtar vilayətin ətrafındakı rayonların işğaldan azad edilməsi və qaçqınların qayıdışının müzakirəsi ətrafında aparılır. Və ən kəskin problemlər detallar və hərəkətlərin ardıcıllığıdır. Qarabağ və Ermənistanı bağlayan dəhliz hansı olmalıdır sülh əməliyyatı harada və necə başlanmalıdır, statusu haqqında referendum hansı formada keçirilməlidir, ən vacibi, onun implementasiyasının alqoritmini kim hazırlayacaq?” - politoloq vurğulayıb.