Vaxt.Az

Sanksiyaların təsiri çoxalacaq


 

ABŞ-Venesuela gərginliyi - neft qiyməti necə dəyişir?

Sanksiyaların təsiri çoxalacaq ABŞ-la Venesuela arasındakı gərginlik “qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişməsinə təsir göstərir.

Azərtac xəbər verir ki, neft bazarı iştirakçıları bu gərginliyin tədarükdə ləngiməyə gətirib çıxaracağından narahatdır. Neftin qiyməti isə bu narahatlıqlar fonunda bahalaşır. Belə ki, “Brent” və VTİ neftinin qiyməti son günlərdə artır. Hazırda “Brent”in bir barreli 61,6 dollardan, “WTİ” isə bir bareli 53,6 dollardan baha satılır.

Ekspertlərə görə, ABŞ-ın Venesuelaya mümkün neft sanksiyaları Birləşmiş Ştatlardakı neftayırma zavodları üçün xam neftin mənbəyini kəsəcək. Bunun da ABŞ-a təsirləri daha çox hiss olunacaq.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Venesuelada neft istehsalının kəskin azalmasına baxmayaraq, ötən ilin oktyabrında bu ölkədən Birləşmiş Ştatlara gündəlik 506 min barrel neft göndərilib. Hazırda Venesuela Kanada, Səudiyyə Ərəbistanı və Meksikadan sonra ABŞ-a ən böyük 4-cü xam neft tədarükçüsüdür.

Son illərdə ABŞ-ın neft hasilatının artmasına baxmayaraq, bu, tələbatı tam ödəmir. Ona görə də Birləşmiş Ştatlarda benzin, reaktiv yanacaq və digər neft məhsullarının istehsalı üçün Venesueladan gələn həm ucuz, həm də ağır xam neftə ehtiyac yaranır.

 





26.01.2019    çap et  çap et