Vaxt.Az

8 gün vaxt verdilər


 

Avropadan Maduroya ultimatum

8 gün vaxt verdilər Almaniya Nikolas Maduroya xəbərdarlıq edib. Belə ki, gələn həftənin bazar gününə qədər prezident seçkiləri elan edilməsə, rəsmi Berlin müxalifətçi lideri Quaydonu prezident tanıyacağını açıqlayıb.


* * *

Fransa prezidenti Emmanuel Makron da Venesuela prezidentinin tanıması ilə bağlı tələb irəli sürüb. O, bu barədə “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, səkkiz gün ərzində seçki elan olunmasa, Paris müxalifət lideri Xuan Quaydonu dövlət başçısı kimi tanıyacaq.

“Venesuela xalqı öz taleylərinə dair sərbəst qərar vermək hüququna malik olmalıdır", - E.Makron yazıb.

* * *

Bundan əvvəl, İspaniya baş naziri Enrike Lopez də analoji tələblə çıxış edib.

Xuan Quaydo yanvarın 23-də özünü prezident elan edib.

 





26.01.2019    çap et  çap et