Vaxt.Az

Əlcəzairdə seçki fantastikası


 

Prezident olmaq istəyənlərin sayı 100 nəfəri keçib

Əlcəzairdə seçki fantastikası Əlcəzairdə 100-dən çox insan prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək uçun ərizə verib.

Cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürmək niyyəti ilə bağlı DİN-ə 101 müraciət daxil olub.

“Trend” bildirir ki, potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.

 





27.01.2019    çap et  çap et