Ölkədə dərmanların apteklərdə fərqli və baha qiymətə satılması Milli Məclisdə də müzakirəyə çıxarılacaq. Miliət vəkili Vahid Əhmədov süni qiymət artımına qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayır: “Bəzi ölkələrdə tələbatı çox olan mallara qiymətləri yuxarı hədləri müəyyən edilir. Dövlət tərəfindən yuxarı qiymət həddi təyin edilir. Məhsulu o qiymət həddindən yuxarı heç kimin satmaq ixtiyarı yoxdur. Mən təklif etdim ki, xaricdən Azərbaycana idxal olunan dərman preparatlarına yuxarı hədd qiymətləri müəyyən edilsin və ondan baha qiymətə satılmasın”.
Mütəxəssislər bunun apteklərdəki dərmanların qiymətinə təsir edəcəyinə və ucuzlaşmanın müşahidə olunacağına ümid edirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda ölkəyə idxal olunan malların 48 faizi idxal rüsumundan azaddır. Millət vəkilləri təklif edirlər ki, gələcəkdə bu güzəştlər müəyyən qaydada yerli istehsalın artırılması hesabına tədricən ləğv olunsun. Çünki büdcə bundan kifayət qədər itirir. Yerli istehsalın stimullaşdırılması isə bu problemi aradan qaldıra bilər.