İsrail də Venesuelanın müvəqqəti qanuni prezidenti kimi Xuan Quaydonu tanıdı.Maduro bir müddət əvvəl bildirmişdi ki, babası və nənəsi
sefarad (ispan) yəhudisi olub, sonradan katolikliyi qəbul ediblər.
Yəhudilər İspaniya torpaqlarından 1492-ci ildə qovulublar və bütün dünyaya, o cümlədən Latın Amerikasına səpələniblər. (Yeri gəlmişkən, 27 yanvar Holokost qurbanlarının anım günüdür.)
Ümumiyyətlə, 1492-ci il İspaniya və dünya tarixində önəmli, bir qədər də mistik ildir. 774 il davam edən Rekonkista - müsəlmanların Pireney yarımadasından çıxarılması məhz həmin il başa çatıb: İspaniya (Araqon və Kastilya) hökmdarları Ferdinand-İzabella cütlüyünün ordusu Qranada əmirliyinin mövcudluğuna son qoyub. Eyni il bu cütlüyün maliyyələşdirdiyi Xristofor Kolumbun ekspedisiyası nəticəsində Amerika kəşf olunub. Sonradan Amerikanın şimalında yaranan dövlət (ABŞ) 1898-ci il müharibəsində İspaniya imperiyasına ağır zərbə vurub və onun çöküşündə mühüm rol oynayıb.
çap et