Ağ Evdə keçirilən mətbuat konfransında milli təhlükəsizlik məsləhətçisi Con Boltonla ABŞ xəzinə naziri Stivin Mnuçin sözügedən sanksiya qərarını açıqlayıblar.
Bolton, Maduronun artıq legitimliyinin qalmadığını və "müvəqqəti dövlət başçısı" olaraq Xuan Quaidoyu tanıdıqlarını bildirib.
S.Mnuçin, Maduronun idarəetmə legitimliyini tanımadıqlarını qeyd edərək, bu çərçivədə Venesuelanın PDVSA şirkətini sanksiya siyahısına daxil etdiklərini bildirib.
Xəzinə naziri, bu şirkətlə iş görən digər şəxslərin sözügedən sanksiyalara tabe olması lazım olduğunu qeyd edib.