Vaxt.Az

Nüvə müharibəsinə hazırlıq


 

Təyyarə ilə toqquşmaya tab gətirən sığınacaqlar

Nüvə müharibəsinə hazırlıq Dünyanın əsas hərbi güclərindən biri olan Çin özünün nüvə potensialını və qitələrarası ballistik raket sistemlərini təkmilləşdirir. Bu tip raketlərinin əksəriyyəti qoruyucu bunkerlərdə saxlanılır.

“Business İnsider”in məlumatına görə, Pekin raketlərinin gücləndirilmiş müdafiəsi ilə effektiv cavab zərbəsi endirməyə zəmanət qazanır. 

Ölkənin qitələrarası ballistik raket arsenalı mobil platformalardan və sualtı gəmilərdən buraxıla bilər.

Ötən ilin noyabrında Çin yeni uzaq mənzilli ballistik raketini sınaqdan keçirib. Bu, onu göstərir ki, Çin özünün “DF-41” qitələrarası ballistik raketi haqqında da məlumatları açıqlayacaq.

Nüvə bunkerlərini qoruyan Çin hərbçiləri həmçinin nüvə hücumundan sonra necə sağ qalmağın yollarını məşq edirlər.

Pekində iddia edirlər ki, bu sığınacaqlar standart sərnişin təyyarəsi ilə birbaşa toqquşmaya davam gətirmək qabiliyyətindədir.

 





29.01.2019    çap et  çap et