Vaxt.Az

“Azərbaycan bizi...”


 

Ermənilərin bir neçə il əvvəlki təşvişi yenə baş qaldırıb

“Azərbaycan bizi...” Ermənistan üzərində yeni təhdid yaranıb. Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” qəzeti (“Meydan”) yazır. Qəzet bildirir ki, həmin təhdid Azərbaycanın Ermənistanı internetsiz və rabitəsiz qoymağa hazırlaşması ilə bağlıdır.

Belə ki, son vaxtlar Azərbaycan şirkətləri ilə Qafqazı internetlə təmin edən Gürcüstan provayder “Caucasus Online” şirkəti arasında bu şirkətə məxsus 1200 kilometrlik optik-lifli kabelin alınmasına dair intensiv danışıqlar aparılır. Əgər həmin sövdələşmə baş tutsa Azərbaycan internetin köməyi ilə Ermənistana qarşı kəşfiyyat işlərinə başlayacaq, maksimum planda isə Ermənistanı rabitədən çox sürətlə məhrum edə biləcək.

Qəzetin yazdığına görə Ermənistan hökuməti hələ ki, bu məsələ ilə ciddi maraqlanmır və preventiv addımlar atmır. Mütəxəssislər isə deyirlər ki, hazırda Ermənistan üçün alternativ internet-provayder sadəcə olaraq mövcud deyil.

Xatırladaq ki, Azərbaycanın “Azeronline” şirkətinin “Caucasus Online” şirkətindən 1200 kilometrlik optik-lifli kabeli almaq üçün danışıqlar aparması haqda xəbərlər hələ bir neçə il əvvəl Gürcüstan KİV-lərində yer almışdı. Lakin belə görünür ki, həmin vaxt danışıqlar nəticə verməyib.

İnternetin Azərbaycanda 50, Gürcüstanda isə 55, Ermənistanda isə 85 faizi bu kabelin köməyi ilə təmin olunur.

 





29.01.2019    çap et  çap et