Təcrübəli qolkiper bir çox məsələlər haqqında açıqlama verib.
O, yığma komandanın Millətlər Liqasında keçirdiyi Kosovo ilə səfər matçına (0:4) getməməsinə görə yaranan söz-söhbətlərə münasibət bildirib.
Ağayev həmin vaxt heç kimdən sifariş almadığını və zədəli olduğunu bildirib. O, həmçinin Qurban Qurbanovu aldatdığını bildirib:
“Həmin matçdan öncə zədəli idim. Sadəcə, bunu Qurban Qurbanovdan gizlətmişdim. Etiraf edirəm ki, onu aldatmışam.
Amma burda səhv etmişəm. Bilirəm ki, Qurbanov səfərə getməməyimə görə məndən incimişdi. Bununla bağlı danışdıq.
Ona dedim ki, mən düşünmədim getməməyim komandaya təsir edər. Siz mənə desəydiniz ki, “gəl səfərə”, gələrdim. Amma özüm bunu düşünmədim”.