“Boeing”in çərşənbə günü verdiyi açıqlamaya görə, şirkətin satışları il ərzində bütün istiqamətlərdə artıb və 101.1 milyard dollar təşkil edib.
Satışların artması ilə əlaqədar olaraq mənfəət də artıb və bir səhmə 20.10 dollar mənfəət düşəcək. Analitiklərin gözləntisi bir səhmə düşən mənfəətin 18.44 dollar olacağı istiqamətində idi.
Yüksək nəticələrdən sonra, “Boeing” səhmi 6.5 faiz bahalaşaraq 388.50 dollara qalxıb. Bu il “Boeing”in səhmlərinin qiyməti 13 faiz yüksəlib.