Vaxt.Az

Neft bahalaşır


 

“Azeri Light”ın qiyməti 1 dollara yaxın artıb

Neft bahalaşır Neft bahalaşır. “Brent” markasının barelinin qiyməti yenidən 62 dolları keçib.

Bakı vaxtı ilə 30 yanvarın saat 22:50-də Avropa nefti 1,14 faiz bahalaşma ilə 62.02 dollardan alıcı tapıb.

 

* * *

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar və yaxud 1,49 faiz artıb.

“Azeri Light”ın bir barelinin qiyməti 63,83 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 





31.01.2019    çap et  çap et