Vaxt.Az

Braziliyada faciə ...


 

... 84 nəfərin həyatına son qoyub

Braziliyada faciə ... Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində ölənlərin sayı 84-ə çatıb. Onlardan 46 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Habelə 276 insanın taleyi məlum deyil. Bu barədə "Globo” telekanalı məlumat yayıb.

Regional yanğın xidmətinin rəsmisi telekanala müsahibəsində çərşənbə axşamı hadisə yerində sağ qalan insanların tapılmadığını, kimisə sağ tapmaq ehtimalının çox aşağı olduğunu söyləyib.

Qeyd edək ki, hadisə yanvarın 25-də baş verib.

 





31.01.2019    çap et  çap et