İlqar Məmmədovu də bir dəvətlə dairəyə saldılar: dəvəti qəbul eləsə -pis, eləməsə - lap pis. Nə isə, Real sonra bir bəyanatla dairədən çıxdı. Ancaq məsələlər qapalı dairəyə qayıtdı.
Bayaq canlı yayımda Əli Kərimlinin bir-iki sözü qulağıma dəydi. Deyəsən, meydanında 50 min nəfərin olmasını istəyir. Xeyirli olsun. Əgər bir kiçik dükanın varsa, onu genişləndirmək istəyindən təbii nə ola bilər ki?
Ancaq kim deyirsə bu, müxalifət məsələsidir, hakimiyyətə gəlmək yoludur, ciddiyə almıram. Dövlət hakimiyyəti çox şeydən asılıdır. İctimai rəy var, iqtisadi rıçaqlar var, təhlükəsizlik gücləri var, onlara təsir eləyə bilən adamlar var, onların birliyi var, onlar arasında dolaşıq bağlar var... Bunlardan baş açmasan, bunları çözməsən 100 il qapalı dairədə fırlanarsan. İstəyirsən 5 min nəfərlə fırlan, istəyirsən 500 min.