Vaxt.Az

“Qırmızı düymə” qorxusu


 

“Nüvə çamadanı”nı Trampın əlindən alırlar

“Qırmızı düymə” qorxusu Amerika konqresmenləri prezident Donald Trampın nüvə silahının tətbiq edilməsinə dair hüququnu məhdudlaşdırmağa hazırlaşırlar. İki müvafiq qanun layihəsi ilə təkcə demokratlar yox, konqresmenlər də çıxış ediblər. Əgər bu qanun layihələri qəbul edilsə ABŞ-ın rəsmi siyasəti nüvə silahının tətbiqindən imtina olacaq, Tramp isə nüvə silahının tətbiqi barədə əmri ancaq Konqresin razılığı ilə verə biləcək.

Qanun layihələrindən birinin müəllifləri senator və Demokratlar partiyasından prezidentliyə iddiaçı Elizabet Uorren və Nümayəndələr Palatasının silahlar üzrə komitəsinin rəhbəri Adam Smitdir. Qanun layihəsində ABŞ-ın nüvə silahının tətbiqindən imtinanı rəsmi siyasətinə çevirməsi təklif olunur.

“Bizim indiki siyasətimiz təhlükəlidir, qanun layihəsi nüvə sferasında yanlış addımlardan qaçmağa imkan verir”-müəlliflərin bəyanatında bildirilir.

İkinci qanun layihəsini isə respublikaçı-senator Ted Li və onun həmkarı Ed Marki təqdim ediblər. Qanun layihəsinə əsasən Tramp Konqresin icazəsi olmadan nüvə zərbəsi endirmək əmri verə bilməz.

Hazırda ABŞ prezidenti hərbçilərdən mümkün təhdid barədə informasiya alan kimi nüvə zərbəsinin endirilməsi barədə qərar vermək səlahiyyətinə malikdir. O, əslində “qırmızı düyməni” özü basmır, hərbçiyə nüvə silahının tətbiqinə dair xüsusi kodu verir. İdarə etmə sistemini, yaxud “nüvə çamadanı”nı gəzdirən hərbçi daim prezidentin yanında olur.

Lakin həmin qanun layihəsinin necə işləyəcəyi məlum deyil. Çünki nəzəri olaraq ABŞ nüvə hücumuna məruz qalsa cavab zərbəsi barədə əmr vermək üçün prezidentin cəmi bir neçə dəqiqə vaxtı qalır. Bu müddət ərzində Konqresdən icazə almaq isə mümkünsüzdür.

Bundan əvvəl Amerika mətbuatı Trampın prezident kimi işə yaramadığı, tələm-tələsik, ağlasığmaz və axmaq qərarlar qəbul etdiyi, hətta onun administrasiyasının üzvlərinin Konstitusiyanın 25-ci maddəsinə əsasən prezident səlahiyyətlərinin vitse-prezident Maykl Pensə ötürülməsi barədə müzakirələr apardığı haqda dəfələrlə yazıb.

 





31.01.2019    çap et  çap et