Vaxt.Az

“Ordunun 90 faizi …”


 

Generallar Madurodan üz çevirməyə başladı

“Ordunun 90 faizi …” Venesuela Hərbi-Hava Qüvvələrinin generalı Fransisko Esteban Yanes Rodriges Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. Onun müraciəti “El Nacional” qəzetində dərc edilib.

“Bu gün vətənpərvər və demokratik fəxrlə bəyan edirəm ki, Xuan Quaidonu Venesuela Bolivar Respublikasının prezidentinin vəzifələrini icra edən kimi tanıyıram”, - o, özünün videomüraciətində bildirib.

Generalın sözlərinə görə, silahlı qüvvələrin şəxsi heyətinin 90 faizi ölkənin rəsmi prezidenti Nikolas Maduronu dəstəkləmir.

 





02.02.2019    çap et  çap et