Vaxt.Az

2019-cu ilin “Gənclər Paytaxtı” seçilib


 

Qalib şəhər 30 faiz səs toplayıb

2019-cu ilin “Gənclər Paytaxtı” seçilib Şamaxı şəhəri 2019-cu ilin “Gənclər Paytaxtı” seçilib. Modern.az xəbər verir ki, www.genclerpaytaxti.az saytı vasitəsilə yanvarın 25-dən onlayn keçirilən səsvermə yanvarın 31-də başa çatıb.

Səsverməyə əsasən Şamaxı şəhəri 30,1 faiz səslə birinci yeri tutub.

Digər rayonların topladığı səsləri təqdim edirik:

 

Lənkəran rayonu 25.6 faiz

Kürdəmir rayonu 11.5 faiz

Tovuz rayonu 7.3 faiz

Masallı rayonu 4.1 faiz

Şirvan şəhəri 3.8 faiz

Şəki şəhəri 2.9 faiz

Sumqayıt şəhəri 2.1 faiz

Mingəçevir şəhəri 1.6 faiz

Astara rayonu 1.6 faiz

Sabirabad rayonu 1.5 faiz

Ağcabədi rayonu 1.3 faiz

Xaçmaz rayonu 1.1 faiz

Zaqatala rayonu 1.0 faiz

Oğuz rayonu 0.8 faiz

Ağstafa rayonu 0.7 faiz

Qax rayonu 0.6 faiz

Qəbələ şəhəri 0.6 faiz

Qusar rayonu 0.6 faiz

Gədəbəy rayonu 0.6 faiz

 

Qeyd edək ki, səsvermənin nəticəsi 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunacaq tədbirdə rəsmən elan ediləcək.

 





02.02.2019    çap et  çap et