Vaxt.Az

4,2 faiz azalma var


 

“Baku Steel Company”nin ixracı azalıb

4,2 faiz azalma var Azərbaycanın 2-ci böyük özəl ixracatçısı olan “Baku Steel Company” MMC-nin ixracı azalıb.

“İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir ki, metallurgiya şirkəti “Baku Steel Company” tərəfindən ötən il ərzində 57,2 milyon dollarlıq məhsul ixrac edilib. Bu, 2017-ci illə müqayisədə 2,5 milyon dollar və ya 4,2 faiz azdır.

“Baku Steel Company” 2017-ci ildə 59,7 milyon dollarlıq məhsul ixrac etmişdi.

 





02.02.2019    çap et  çap et