Vaxt.Az

“Şizofren olurlar”


 

Alimlərdən pişik saxlayanlar haqda şok araşdırma

“Şizofren olurlar” Danimarkalı alimlər həyata keçirdikləri araşdırmada qorxunc nəticələr əldə ediblər. Araşdırmaya görə, pişik qumundan və ətdən yayılan bir parazit psixi xəstəlikləri “tərpədir”.

Medicina.az xəbər verir ki, araşdırma Kopenhagen Universitetinin alimləri tərəfindən həyata keçirilib. Aralarından 2591-nə psixiatrik xəstəlik diaqnozu qoyulan 80 mindən çox insanın göstəriciləri analiz edilib. Məlum olub ki, pişiklər arasında geniş yayılan toksoplazma gondi adlı parazit şizofreniyaya səbəb olur.

Toksoplazma gondi paraziti insana pişik qumu ilə təmas edildiyində və çiy ət vasitəsilə yoluxulur. Əsasən zərərsiz olduğu düşünülsə də, aparılan araşdırmaya görə, bu parazit şizofreniya riskini 50 faiz artırır. Toksoplazma gondii paraziti zehni funksiyaları pozaraq riskli davranışları, depressiyanı və yol qəzalarını tətikləyir.

Alimlərin fikrincə, dünya miqyasında 1 milyarddan çox insan bu parazitin daşıyıcısıdır. Araşdırma nəticələrinə görə, bu paraziti daşıyan insanların təxminən 50 faizinə şizofreniya diaqnozu qoyulub.

Toksoplazma gondi paraziti psixiatrik narahatlığı tətikləmir, amma somatoform adı verilən və fiziki ağrı və intihar təşəbbüsü ilə özünü göstərən psixi xəstəliyin meydana çıxmasına şərait yaradır.

 





02.02.2019    çap et  çap et