Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən, həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , tütün məmulatlarının (siqaret, siqar ve siqarillalar) və elektron siqaret üçün maye müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.
Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər, tütün məmulatları və elektron siqaret üçün mayeyə əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib.
Qeyd edək ki, aksiz vergisinin tətbiq edilməsi ilə əlaqədar fevralın 10-dan etibarən energetik içkilər və tütün məmulatlarının qiymətində bahalaşma olacaq.