Serj Sərkisyan Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.
Lakin Xüsusi İstintaq Komitəsində bu məlumatı şərh etməkdən imtina ediblər. İddia edilib ki, Sərkisyanın dindirilməsi davam etdiriləcək.
Qeyd edək ki, 2008-ci ildə prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.
Onu da qeyd edək ki, S.Sərkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub.