Vaxt.Az

Gündəmdədir!


 

Yenidən ucuzlaşa bilər

Gündəmdədir! Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərin bahalaşmasına baxmayaraq, yenidən ucuzlaşa biləcəyi proqnozları gündəmdədir.

Dünya valyuta birjalarında son günlər Amerika iqtisadiyyatına dair açıqlanan fundamental məlumatlar dolların aparıcı valyutalarına nisbətən qiymətlərinə dəstək olması investorların diqqət mərkəzindədir.

Lakin təhlillərə əsasən, qiymətlər keçən həftənin maksimum səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 13:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona, Böyük Britaniya və ABŞ-ın xidmət sektorları ilə bağlı önəmli fundamental məlumatların da birjalarda ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir.

P.S. Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





05.02.2019    çap et  çap et