Vaxt.Az

Köçəryana qarşı ifadələr?!


 

İrəvanda yüksək vəzifəli məmurlar dindirilir

Köçəryana qarşı ifadələr?! Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryana qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində bir sıra yüksək vəzifəli dövlət məmurlarının ifadəsi alınıb.

Yerli KİV bildirir ki, bu barədə mətbuata Köçəryanın vəkili Ayk Alumyan açıqlama verib. Lakin o, dindirilən məmurların adlarını çəkməyib.

Alumyan onu da qeyd edib ki, sabiq prezident Serj Sərkisyan və 2008-ci ildə müdafiə nazirinin müavini olan general Manvel Qriqoryan da istintaq orqanına çağırılaraq mart hadisələri ilə əlaqədar dindirilsələr də, onların heç birinin 2008-ci ilin 23 fevral-2 mart tarixlərində Ermənistanda konstitusiya quruluşunun devrilməsi üzrə açılan cinayət işi ilə bağlı şahidlik etmələrinə dair məlumat yoxdur.

Vəkilin sözlərinə görə, əgər hətta Sərkisyan və Qriqoryan mart hadisələri ilə bağlı şahidlik ediblərsə belə, müstəntiqlər onların ifadəsini Köçəryana qarşı açılan cinayət işində sübut kimi təqdim etməyiblər.

2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Köçəryan barəsində həbs qətimkan tədbirinin müddəti yanvarın 18-də iki ay müddətinə uzadılıb.

Ötən gün isə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xüsusi İstintaq Komitəsinə çağırılaraq, mart hadisələri ilə əlaqədar 5 saat dindirilib.

 





05.02.2019    çap et  çap et