APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ali Rada fraksiyalarının razılaşdırıcı komissiyasının iclasında «Batkivşina» (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk deyib. O bildirib ki, Viktor Yanukoviçin Kiyev ətrafındakı Mejiqorye iqamətgahının və digər bu tipli tikililərin necə əmələ gəldiyi indi anlaşılır.
A. Yasenyuk hazırda büdcə təşkilatlarında çalışanların əmək haqlarının ödənməsində 10 günlük gecikmə olduğunu və maaş ödəmək üçün büdcədə pul olmadığını söyləyib. O, Qərbin maliyyə yardımının zəruri olduğunu və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını bərpa etməyin vacibliyini vurğulayıb. A. Yasenyuk ABŞ-ın maliyyə naziri ilə telefon əlaqəsi saxladığını da açıqlayıb: «O bildirdi ki, Ukraynaya maliyyə yardımı prosesinə başlanıb və hər şey milli etimad hökumətinin nə qədər tez formalaşacağından asılıdır».