Vaxt.Az

“4 il fasiləsiz işləyib”


 

Mingəçevir SES-də riski artıran ciddi nöqsan aradan qaldırıldı

“4 il fasiləsiz işləyib” ““Azərenerji” ASC ölkənin enerji sisteminin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. Bu işlər çərçivəsində stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev virtualaz.org-a bildirib ki, həmin avtotransormator eyni zamanda yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.

“4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür”, - T.Abdullayev bildirib.

“Azərenerji” ASC-nin nümayəndəsi onu da deyib ki, əlavə avtotransormatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, gərginlik də 2 kV artıb. Eyni zamanda əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib.

 





05.02.2019    çap et  çap et