Şirkətin Azərbaycan nümayəndəliyindən Strateq.az-a verilən məlumata görə, “Ən yaxşı işəgötürən” seçilən təşkilatlar insanlara önəm verən proqressiv insan resursları praktikaları ilə işçilər üçün ən yaxşı iş mühiti yaradan qurumlardır.
Bu qlobal sertifikasiya proqramı çərçivəsində beş qitədə yerləşən 115-dən çox ölkədə / regionda 1300-dən çox “Ən yaxşı işəgötürən” qurum seçilib. Müstəqil insan resurslarının sertifikasiyası qurumu olaraq “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) qlobal ən yaxşı insan resursları praktikaları sorğusu vasitəsilə iştirakçıları qiymətləndirir. “Ən yaxşı işəgötürən” seçilmək istəyən qurumlar “Top Employers Institute” tərəfindən müəyyənləşdirilmiş minimum tələblərə cavab verməlidir.
Ən yaxşı insan resursları praktikası sorğusuna aşağıdakı 10 mövzu üzrə 600 insan inkişafı praktikasını əhatə edən 100-dən çox sual daxildir: istedad strategiyası, işçi qüvvəsinin planlaşdırılması, istedadların əldə edilməsi, yeni işçilərin adaptasiyası, öyrənmə və inkişaf, fəaliyyətin idarə edilməsi, liderliyin inkişafı, karyera və ardıcıllığın idarə olunması, kompensasiya və müavinətlər və korporativ mədəniyyət. “Top Employers Institute” bu insan resursları praktikalarının tətbiq edilməsini qiymətləndirir və onların strategiya, sahiblik, praktika, ölçmə və texnologiya vasitəsilə dəstəklənməsini nəzərdən keçirir.
Qeyd edək ki, “Japan Tobacco” şirkətlər qrupunun üzvü olan JTI aparıcı beynəlxalq tütün məhsulları istehsalçısıdır. Şirkətin “Winston”, “Camel”, “Sobranie”, LD, “Winchester” və “More” brendləri Azərbaycanda satışdadır. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən şirkət dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərir və onun işçilərinin sayı 40 000-dən çoxdur. Azərbaycanda JTI şirkətində 70 nəfər çalışır.