Vaxt.Az

Krıma ordu yeridilir


 

«Rusiyanın yarımadanı əlində saxlamaq üçün hər şeyi edəcək»

Krıma ordu yeridilir «Rusiya Krıma əlavə silahlı qüvvələr göndərir». Axar.az-ın xəbərinə görə, bu açıqlama ilə «Svoboda» Partiyasının rəhbəri Oleq Tyaqnibok çıxış edib.

O, son bir neçə gün ərzində Krımda yerləşən rus ordularında texnika və canlı qüvvənin sayının daha da artırıldığını deyib: «Rusiya təkcə bu gün Sevastopola 200 nəfər əsgər və BTR gətirib. Bundan başqa isə Soçidən Anapaya 6 Mİ-8 vertolyotunun gətirilməsi haqqında informasiya da var».

Qeyd edək ki, bir müddət öncə Krıma «boz kardinal» ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. Bəzi politoloqlar isə Rusiyanın Krımı əlində saxlamaq üçün hər şeyi edəcəkləri proqnozunu vermişdilər.
 





24.02.2014    çap et  çap et