Vaxt.Az

56 dollara satılan nefti alan olmadı


 

ABŞ-ın İrana qarşı sanksiyaları öz işini görür

56 dollara satılan nefti alan olmadı İran Milli Neft Şirkətinin İran Enerji Birjasında (IRENEX) dünən bareli 56 dollar 24 sentdən satışa çıxardığı 1 milyon barrel xam neftə alıcı tapılmayıb.

Ölkə rəhbərliyi, ABŞ sanksiyalarını aşmaq üçün keçən ilin oktyabr ayından etibarən nefti birjada satışa təqdim etməyə başlayıb.

İran Neft Nazirliyinə bağlı Milli Neft Şirkəti, ilk dəfə 28 Oktyabrda birjada satışa təqdim etdiyi 1 milyon barel xam nefti, bareli 74 dollar 85 sentdən, 11 Noyabrda ikinci dəfə birjada satışa təqdim etdiyi 700 min barel nefti isə 64 dollar 97 sentdən satmışdı.

Satışlar 20 faizi rial, 80 faizi valyuta ilə həyata keçirilmişdi.

İranın növbəti dəfə birjaya təqdim etdiyi neftə isə alıcı çıxmayıb.

ABŞ-ın, İranın neft ixracı ilə 700-dən artıq bank, şirkət və ölkə vətəndaşına qarşı sanksiyası 5 Noyabrda qüvvəyə minmişdir.

“Brent” neftin bareli beynəlxalq bazarlarda 62,72 dollardan alıcı tapır.

 





05.02.2019    çap et  çap et