Vaxt.Az

Zəlzələ Ağsunun “ağladıb”


 

Rayonun şimal dağ kəndlərində ciddi fəsadlar var

Zəlzələ Ağsunun “ağladıb” Fevralın 5-i gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ Ağsu rayonunun şimal dağlıq ərazisində, Şamaxı və İsmayıllı rayonları ilə sərhəd kəndlər olan Kalva və Dilman yaşayış məntəqələrində də fəsadlara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub. Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.

Hazırda yuxarı dağ kəndlərində araşdırmalar davam etdirilir, dəyən zərər müəyyənləşdirilir.

 





06.02.2019    çap et  çap et