Vaxt.Az
“Azərişıq” zəlzələ bölgəsində
Səlahiyyətli şəxslər Şamaxıya hazırlıqlı gedib
Ötən gecə baş vermiş və episentri Şamaxıda yerləşən, gücü 6 bala çatan zəlzələ ilə bağlı “Azərişıq” ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup bu rayona yola düşüb. Habelə ehtiyat üçün zəruri mal-material da yola salınıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, məqsəd zəlzələ baş vermiş ərazilərdə elektrik enerjisinin təchizatı ilə bağlı meydana çıxa biləcək hər hansı situasiyaya operativ müdaxilə etməkdir. Onun sözlərinə görə, hazırda Şamaxı və zəlzələnin təsirinə məruz qalan digər rayonlarda əhalinin elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir.“Bununla belə əməkdaşlarımız meydana çıxa biləcək hansısa yeni
situasiyalarla bağlı tam hazırlıq görüblər, bütün zəruri mal-materiallar da
tədarük edilib. Hansısa dayaqların dəyişdirilməsi, kabellərin əvəzlənməsi lazım
gələrsə operativ qaydada bu işlər həyata keçiriləcək. O cümlədən hazırda
zəlzələnin təsiri ilə qəzalı vəziyyətə düşən tikililərin elektrik xətlərinə
baxış keçirilməkdədir,
- T.Mustafayev deyib.
06.02.2019 çap et