Vaxt.Az

AFFA kasıblayıb?


 

Ezamiyyət xərcləri 6 aydır ödənmir

AFFA kasıblayıb? Azərbaycan futbolunda faktiki baş idarəçi olan AFFA-nın baş katibi Elxan Məmmədovun özbaşınalığı davam etməkdədir.

Məlumata görə, ölkə çempionatının aşağı liqalarına, xüsusilə də uşaq liqalarına təyinat alan hakimlərin sentyabr ayı üçün ezamiyyət xərci hələ də ödənməyib.

Hakimlər həmin aya təsadüf edən təyinatları öz hesablarına reallaşdırıb. Yəni hər hakim oyuna öz hesabına gedib. Halbuki əslində AFFA bunun üçün hakimlərə ezamiyyət xərci verir. Qeyd etdiyimiz kimi, sentyabr ayında hakimlərə deyilib ki, hər kəs oyunlara öz hesabına getsin və növbəti ay həmin pul onlara qaytarılacaq. Di gəl ki, verilən sözə hələ də əməl olunmayıb. Hakimlər bununla balı AFFA-ya müraciət etsələr də onlara deyilib ki, ezamiyyət xərclərinin verilməməsi baş katib Elxan Məmmədovun göstərişidir. Buna da səbəb kimi, sentyabr ayında hakimlik sahəsində sistem dəyişikliyi göstərilib. Söhbət AFFA Hakimlər Komitəsində baş verən məlum dəyişiklikdən gedir. Lakin bunun hakimlərin ezamiyyət xərcinə nə aidiyyəti var, bunun məntiqli izahını verən yoxdur. Məntiqi izah yoxdursa, o zaman belə çıxır ki, baş katib hakimlərin ezamiyyət xərcinə göz dikib.

 





12.01.2019    çap et  çap et