“Qafqazinfo” xəbər verir ki, nəşr Trampın bu yalanlarını dəfələrlə təkrarladığını yazıb. Məsələn, o, tez-tez prezidentliyi dövründə ölkədə açılan iş yerlərinin artdığını vurğulayır. Halbuki, bu müəssisələr seçki kampaniyası dövründən yaradılıb.
ABŞ prezidenti 5,3 milyon yeni iş yerinin açıldığını desə də, 2017-ci ilin yanvarından təxminən 4,9 milyon iş yeri qurulub.
Bundan başqa, Donald Trampın əmək haqqının sürətlə artması, ÜDM-in artımı, işsizlik, energetika sektorundakı “inqilab” və digər məsələlər barədə bəyanatları qeyri-dəqiqdir.
Amerika dövlət başçısı hazırda ölkədə 157 milyon insanın işlədiyini və bunun ilk belə fantastik rəqəm olduğunu açıqlasa da, bu da növbəti yalanlardan biridir.