Vaxt.Az

“Putin üçün əsl hədiyyədir”


 

Klinton Trampı tənqid etdi

“Putin üçün əsl hədiyyədir” ABŞ prezidenti Donald Trampın ölkəsini orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxarması barədə açıqlaması keçmiş Dövlət katibi Hillari Klinton tərəfindən tənqid olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu Putin üçün hədiyyə adlandırıb.

“Hələ Obamanın vaxtında biz Rusiyanın müqavilə şərtlərini pozduğunu bilirdik. Amma müqavilədən çıxmaqla, Moskva öz “cığallığına” görə cəzalanmadı. Amma prezident olsaydım diplomatik yanaşma sərgiləyərdim. Çünki nüvə yarışına daxil olmaq hazırda dünya üçün lazım olan ən sonuncu məsələdir”.

Trampın fevralın 1-də çıxışında ABŞ-ın orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxdığını elan etmişdi. Moskva buna adekvat cavab verəcəklərini açıqlamışdı.

 





07.02.2019    çap et  çap et