1992-ci ildə inşa edilən bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.
* * *
Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb, dağıntılar altında qalanlar var.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Son məlumatlara əsasən, hadisə nəticəsində bir nəfər ölüb, dağıntılar altından isə bir nəfər xilas edilib.
Ümumilikdə binada 12 ailənin yaşadığı bildirilir.