Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.
Himalay buzları 70 milyon il əvvəl yaranıb və temperatura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.