Vaxt.Az

“Qızğın iş gedir”


 

Polad Bülbüloğlu: “Neçə illər idi ki, bu körpünün arzusunda idik”

“Qızğın iş gedir” “Neçə illər idi ki bu körpünün tikilməsinin arzusunda idik”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı bildirib. Səfir qeyd edib ki, bura illərdir problemli ərazi idi: “Bilirsiniz ki, burada həmişə böyük tıxaclar olurdu. Avtobuslar, avtomobillər saatlarla gözləyirdi, vətəndaşlar əziyyət çəkirdi. Şükürlər olsun ki, işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər səviyyəsində daha sonra nazirlər səviyyəsində öz həllini tapdı”.

P.Bülbüloğlu problemin həll olunması səbəbindən sevincli olduğunu vurğulayıb: “Sevindirici haldır ki, problem həll olundu. Gördüyünüz kimi, qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm. Sevinirəm ki, ölkələr arasında əlaqələr daha da genişlənib”.

Qeyd edək ki, uzunluğu 325,3 m, eni 17, 3 metr olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Tikinti Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına aparılır. Körpü iki zolaqdan ibarət olacaq, seysmik davamlığı isə 9 bal təşkil edəcək. Körpü 5 aşırımlıdır, həmçinin layihə çərçivəsində piyadalar üçün eni 3,75 metr ola qapalı piyada keçidinin tikilişi zolağı nəzərdə tutulub.

 





08.02.2019    çap et  çap et