“Deutsche Bank Securities”in baş iqtisadçısı Peter Huper bir hesabatında qlobal iqtisadiyyata ən böyük 3 təhdidi açıqlayıb.
Huper, ABŞ-Çin arasındakı ticarət gərginliyinin, ticarət razılaşması olmadan “Brexit”in və Çin iqtisadiyyatında sərt yavaşlamanın 3 böyük makro risk olduğunu qeyd edib.
Huper, 3 mövzuda da ən pis ssenarinin reallaşması vəziyyətində dünya iqtisadiyyatının 10 il əvvəlki kimi böyük durğunluqla qarşı-qarşıya qala biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ-Çin ticarət anlaşılmazlığı artsa ABŞ-ın durğunluğa girə biləcəyini qeyd edən iqtisadçı, “belə bir hadisə qlobal iqtisadiyyatın 2 ildə 1 faizdən çox düşməsinə səbəb olar”, - deyib.
Mütəxəssis, Çin iqtisadiyyatında sərt enişin də digər bir təhdid olaraq önə çıxdığını, bunun da qlobal iqtisadi artıma mənfi təsir edəcəyini deyib.
Huper "Müqaviləsiz “Brexit” də Avropadakı iqtisadi fəaliyyət üçün çox zərərli olacaqdır. Bu şok İtalyanın borc böhranına da təkan verərsə - bu ciddi bir ehtimaldır - Avropa və qlobal iqtisadiyyat üzərindəki mənfi təsiri də iki misli olar" ifadələrini istifadə edib.
Mütəxəssis, bu 3 ssenarinin eyni anda reallaşmasının çox aşağı bir ehtimal olduğunu, ancaq təmkinli olmaq lazım olduğuna diqqət çəkib.