Vaxt.Az

7 gündə 7 qurğu


 

ABŞ-da qazılan neft quyularının sayı artıb

7 gündə 7 qurğu ABŞ-ın neft sənayesinin mənzərəsi və qısamüddətli xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən aktiv neft qazma qurğularının (buruqlarının) sayı bu həftə 7 ədəd artıb.

Neft sahəsinə xidməti şirkəti “Baker Hughes”ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 2-8 Fevral dövründə əvvəlki həftəyə nisbətən 7 artaraq 854-ə yüksəlib.

ABŞ-da neft qazma qurğularının sayındakı artımın ardından, cümə günü xam neftin qiymətlərində azalma baş verib. “Brent” neftin barel qiyməti cümə günü 62,16 dollardan, Qərbi Texas (WTI) tipli xam neftin barel qiyməti isə 52,62 dollardan bağlanıb.

Neft qazma qurğusu - quyuların qazma prosesində tətbiq olunan qazma maşın və avadanlıqlarıdır.

 





09.02.2019    çap et  çap et