Bunu Ağ Evin həkimi Şon Konli prezident Donald Trampın ABŞ administrasiyasının 45-ci rəhbəri qismində ikinci tibbi müayinəsindən sonra deyib.
Müayinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib.
Bundan əvvəl 2018-ci ildə Ağ Evin əvvəlki həkimi Ronni Cekson tərəfindən aparılmış ilk tibbi müayinənin nəticələrinə əsasən, Amerika liderinin “müstəsna sağlamlığa” malik olduğu bildirilmişdi.
ABŞ prezidentləri tibbi müayinədən keçmək məcburiyyətində olmasalar da, bu praktika administrasiyanın 37-ci başçısı Riçard Niksondan (1913-1994) sonra ənənəyə çevrilib.
* * *
09:58
ABŞ prezidenti Donald Tramp tibbi müayinədən keçib.
“Qafqazinfo” xəbər verir ki, proses 4 saat çəkib.
ABŞ prezidentinin şəxsi həkimi Sean Konli Trampın səhhətinin yaxşı olduğunu, hər ehtimala qarşı tibbi yoxlanışdan keçdiyini bildirib.