“El Comercio” xəbər verir ki, Ximenes videomüraciətində ölkənin hazırkı prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyalarında iştirak etdiyini bildirib. O, hərbçiləri ABŞ-ın göndərdiyi humanitar yardımı ölkəyə buraxmağa çağırıb.
“Gəlin, cəsarətli olaq, gəlin, qorxmayaq”, - deyən Ximenes əlavə edib ki, silahlı qüvvələrin 90 faizi Madurodan narazıdır, çünki əsgərlərdən hazırkı iqtidarı hakimiyyətdə saxlamaq üçün istifadə olunur.