Bunu İran prezidenti Həsən Ruhani İran İslam İnqilabının 40 illiyi münasibətilə paytaxt Tehrandakı Azadlıq meydanında on minlərlə insanın qarşısında çıxış edərkən deyib.
“Biz müxtəlif növ raketlərimizi inkişaf etdirmək üçün indiyədək heç kəsdən icazə almamışıq və bundan sonra da almayacağıq. Biz öz yolumuzu və hərbi gücümüzü artırmağa davam edəcəyik” – Ruhani bəyan edib.