AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi
3. Digər məsələlər
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.