Vaxt.Az

Milli xorvata tapşırıldı


 

AFFA millinin yeni baş məşqçisini rəsmən açıqladı

Milli xorvata tapşırıldı Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilmiş iclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub:

 

- Milan Obradoviç – Azərbaycan U-21

- Samir Əliyev – Azərbaycan U-19

- Miloş Velebit – Azərbaycan U-15, U-16

 

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

 





11.02.2019    çap et  çap et