Vaxt.Az

Türkiyə axtarışlara başlayır


 

Aralıq dənizində yel əsib, qaz tökülüb?!

Türkiyə axtarışlara başlayır Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

Trend xatırladır ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.

 





11.02.2019    çap et  çap et