Vaxt.Az

Oxucu mənim qəzetimi niyə almır?


 

Yoxsa ... niyə almalıdır?

Oxucu mənim qəzetimi niyə almır? Çap məhsullarının, o cümlədən qəzet və jurnalların çapı, satışı və reklam üçün ƏDV-nin götürülməsi məsələsi yenidən gündəmə gəlib. Məqsəd xərcləri azaltmaq və reklam hesabına gəliri artırmaqla qəzeti ayaqda saxlamaqdır. Bu günlərdə qəzetlərdən biri bununla bağlı fikrimi öyrəndi. Açıqlamada qeyd edilən səslənən ideyaları dəstəklədiyimi bildirərək bunların ikinci dərəcəli olduğunu qeyd etdim. Təəssüf ki, səsləndirdiyim əsas səbəb ixtisara məruz qaldı. Əslində əsas səbəb qəzet sahiblərinə məlum olsa da onlar nədənsə real diaqnozu qəbul etmirlər, möcüzə yaradacaq resept axtarışını davam etdirirlər.

Əlbəttə bu məsələdə bizdən asılı və asılı olmayan səbəb var. Bizdən asılı olmayan səbəb dünyada müşahidə edilən tendensiyadır. Onlayn xəbər saytları hətta dünyanın aparıcı qəzetlərinin başağrısına çevrilib.

Bəs bizdən asılı olan səbəb? Onu aradan qaldırırıqmı?

Qəzet rəhbərləri “Oxucu mənim qəzetimi niyə almalıdır?” sualına əsaslandırılmış cavab verə bilirmi? Suala bir qədər dəyişək. Oxucu qəzeti oxuduqda ölkədə baş verən proseslər barədə OBYEKTİV məlumat ala bilirmi? Nəzərə almaq lazımdır ki, çap qəzetinin pulsuz və operativ xəbər verən “online” media kimi, hər ikisinin isə “Facebook” kimi obyektiv, senzurasız, sərbəst çıxış olan rəqibi var. Ona görə də qəzetlərin böhrandan çıxmaq reseptini mövzu və xəbər azadlığında görürəm. Oxucular ölkədə baş verənləri sosial şəbəkələrdən yox, mətbuatdan eşitməlidir. Məhz bu halda qəzetləri oxuyanları sayı arta, bununla da reklam cəlb edə bilər.

 Fikrimcə, qəzetlərdən ƏDV-nin götürülməsi problemi həll etməyəcək, hərçənd ki bunun əleyhinə deyiləm. Problem heç də təkcə onlayn mətbuatdan qaynaqlanmır. Problemin mətbuatın özündədir. Oxucu mətbuat vasitəsilə real mənzərəni görə bilmir. Bu problem aradan qalxmayınca heç bir resept mətbuatı böhrandan çıxa bilməyəcək...

 





13.02.2019    çap et  çap et