Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bununla belə mənbə bildirib ki, Serj Sərkisyan özü həbs edilə bilər.
“Ohanyanın Sərkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər doğru deyil, bundan əlavə biz bilirik ki, Ohanyan istintaqda belə deyib: ”Sərkisyan mənim ali baş komandanım olub və mən onun əleyhinə ifadə verə bilmərəm”. Bir sözlə, Ohanyan özünü düzgün aparıb”, - qəzetə danışan mənbə belə deyib.
Mənbə əlavə edib ki, istintaqda hər şey Sərkisyanın həbsinə doğru aparır. Hansı ki, hakimiyyətin “qalan hallarda olduğu kimi” Sərkisyanı da həbs etməyə əsası yoxdur.
“Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin etmək olar”, - mənbə əlavə edib.
Xatırladaq ki, Sərkisyan 2008-ci ildə prezident seçilib və onun seçkilərin saxtalaşdırılması yolu ilə hakimiyyətə gəlməsi güclü etirazlara səbəb olub. İndiki baş nazir Nikol Paşinyanın da qatıldığı bu etirazların yatırılması üçün ordu yeridilib, 10 nəfər öldürülüb. Həmin hadisələr zamanı Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi idi.
Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun aldığı zərbələrdən sonra istefaya göndərildi və daha sonra Sərkisyana qarşı müxalifətə keçdi. Lakin siyasətdə heç bir uğur qazana bilmədiyi üçün kölgəyə çəkildi.