Quituni, neft bazarlarının indilərdə sabitlik qazanmaqda olduğunu, ancaq Liviya və Venesuelanın hələ də bazar sabitliyi üçün təhlükə yaratdığını qeyd edib.
Açıqlamadan sonra neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 16:30-da “Brent” nefti 2,3 faiz bahalaşma ilə 62,90 dollardan alıcı tapıb.
OPEC və Rusiya daxil bir sıra tərəfdaşları artıq qlobal neft təklifini azaltmaq üçün 2019-cu ilin əvvəlindən neft hasilatlarını gündəlik 1,2 milyon barel azaldırlar. Müqavilənin müddəti 6 aydır.
* * *
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,35 dollar və yaxud 2,13 faiz artıb.
“Azeri Light”ın qiyməti 64,74 dollar təşkil edib.