Vaxt.Az

“Daha çox azaldacağıq”


 

“Gündəlik gündəlik hasilatı 350 min barel ...”

“Daha çox azaldacağıq” Səudiyyə Ərəbistanı xam neft hasilatını daha çox azaldacaq.

Bu barədə “Financial Times”a müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. Nazir bildirib ki, dekabr əldə olunan razılaşma çərçivəsində ölkəsi neft hasilatını götürdüyü öhdəlikdən daha çox azaldacaq.

OPEC-in hesabatına görə, yanvarda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barel azalaraq 10 milyon 213 min barelə düşüb.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub.

 





13.02.2019    çap et  çap et