Vaxt.Az

“İrana girməliydik”


 

“Səddamı devirməklə səhv etdik, ...”

“İrana girməliydik” “Səddam Hüseyni devirməklə səhv etdik, İrana girməli idik”. Bu sözləri Danimarkanın ifrat sağçı Xalq Partiyasının sözçüsü Soren Espersen deyib.

Espersen 2003-cü ildə Danimarkanın İraq müharibəsinə qoşulmasını yanlış adlandırıb.

“Əlbəttə, Səddam Hüseyni devirməli və bütün bu faciələrə yol açmalı deyildik. Liviyada Qəddafi və Misirdə Mübarək kimi sekulyar liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına yardım etdik. İsrailli kürəkənim də o vaxt bunu mənə söyləmişdi. İsraildə paraşütçü idi və “Yanlış ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz” demişdi. Onu dinləməliydim”, - Espersen bildirib.

 





13.02.2019    çap et  çap et